14 
Mar
2023
14:36
93
18
1067
Virtual karabakh

Azərbaycanda pambıqçı fermerlərə 400 min manat sığorta ödənişi veriləcək - FOTO

14 Mar, 2023
14:36
1067

Azərbaycanda pambıqçı fermerlərə 400 min manat sığorta ödənişi veriləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan üzrə 106 pambıqçı fermerə 400 min manat sığorta məbləğinin ödənilməsi nəzərdə tutulur.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Aqrar Sığorta Fondu pambıq bitkisi üzrə fermerlərə zərər ödənişlərini davam etdirir. Ötən il aqrar sığorta ilə təminat altına alınan pambıq sahələrinin bir qismi fırtına, dolu və üçüncü şəxslərin hərəkətləri nəticəsində zərərə məruz qalıb.

Ağdam rayonunda keçirilən tədbirdə sahələrini sığortalayan pambıqçı fermerlərə Fondun əməkdaşları tərəfindən ödənişlər təqdim edilib. Rayon üzrə pambıq sahələri dolu riskindən zərər çəkən 55 fermerə 76 min manata yaxın sığorta ödənişi verilib.

Qeyd edək ki, indiyədək Ağdam, Tərtər, Bərdə, İmişli, Goranboy rayonlarında pambıq sahələri dolu, sel, subasma və üçüncü şəxslərin hərəkətləri nəticəsində zərər görmüş 60 fermerə 116 min manatdan çox zərər ödənişi olunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri