15 
Mar
2023
12:36
33
141
3907
Virtual karabakh

“Əmək Məcəlləsi SSRİ dövründən qalıb” - RƏY + FOTO

15 Mar, 2023
12:36
3907

“Əmək Məcəlləsi SSRİ dövründən qalıb” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə işdən çıxarılanlara orta aylıq əməkhaqqının 5 misli civarında kompensasiya ödənilməsi ilə bağlı müzakirələr var. Bəzi ekspertlər təklif edirlər ki, işdən çıxarılan şəxsə əməkhaqqının 5 misli civarında kompensasiya ödənilsin ki, iş tapana qədər özünü idarə edə bilsin.

Təəssüf ki, əksər müəssisələr müqavilə müddəti başa çatdıqda müqaviləyə xitam verir və kompensasiya ödəmirlər. Bəziləri düşünürlər ki, sahibkarlar əmək müqaviləsinin qəsdən qısa müddətə bağlayırlar. Müddət başa çatdıqdan sonra rahatlıqla işçini işdən uzaqlaşdırır və ona ödəniş belə etmirlər.

Bəs görəsən, bu məsələ necə tənzimlənməlidir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Musa Quliyevin sözlərinə görə, təklifin reallığı müzakirələrdən bəlli olacaq:

“İstənilən əsaslandırılmış təklifi komitədə müzakirə edə bilərik. Normal təkliflərdir. Hazırda 3 misli məbləğində ödənilir. Rəqəmlər razılaşma əsasında olur. Lakin bundan öncə müzakirə olunmalı, dünya təcrübəsinə baxılmalıdır.

Kompensasiya 5-dən yuxarı da ola bilər. İmkanlar əsasında təyin edilir.

5-dən yuxarı da olur. Razılaşmaya baxılır. İmkanlar əsasında olur. Təklif kimi yaxşıdır. Lakin reallığı müzakirələrdən bəlli olacaq. Əsaslı olmalı, beynəlxalq təcrübə öyrənilməlidir. İki qanun “Əmək məcəlləsi”, “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” AR qanunları ilə tənzimlənir”.

Hüquqşünas Əkrəm Həsənov qeyd edib ki, Əmək Məcəlləsi SSRİ dövründən qalıb:

“Bu problem Azərbaycanda ona görə var ki, Əmək Məcəlləsi faktiki olaraq SSRİ-dən qalıb. Guya ki, işçiləri müdafiə edirlər. Lakin tam əksidir. Əmək müqaviləsini istədikləri müddətdə bağlayırlar. Bu, düzgün deyil.

Əmək müqaviləsi ciddi səbəb olmadan müddətli bağlanılmamalıdır. Qanun dəyişilməlidir. Əgər işçi səbəbsiz işdən çıxarılırsa, o zaman 5-6 aylıq əməkhaqqı verilsin. Bu, həm işə götürənin xeyrinədir, həm də işçinin. Xarici ölkələrdə də belədir. Əmək Məcəlləsi isə işçini müdafiə etmir. Ziyan vurur”.

Vəkil Emin Kiçikbəyov əlavə edib ki, Əmək müqaviləsini gücləndirmək lazımdır:

“Kompensasiya 5 faizlə tənzimlənsə, çox yaxşı olar. Şəxs işləyir bəzən ona vaxt verilmədən çıxarılır. Ona iş tapana qədər məvacib verilmir ki, özünü idarə edə bilsin. İşçini rahatlıqla işdən çıxarmaq düzgün deyil. Əmək müqaviləsinə ciddi nəzarət olunmalıdır. Ölkəmizdə düzgün əmək tənzimlənməsi getmir”.

E.Kiçikbəyov Əmək Məcəlləsinə riayət olunmadığını söyləyib:

“Kompensasiya artırılsa belə, yenə eyni hallar baş verəcək. Göstərilən miqdar ödənilməyəcək. Çünki Qanunvericilikdə müəyyən edilmiş qanunlara əməl olunmur. Şəxsə əlavə iş vaxtları, məzuniyyət pulu verilmir. Bununla bağlı kifayət qədər şikayətlər var. Heç bir nəticə əldə olunmur. Artıq ümidsiz yanaşıram”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri