15 
Mar
2023
14:59
120
19
1313
Virtual karabakh

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni rezident

15 Mar, 2023
14:59
1313

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni rezident

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına yeni rezident qoşulub.

Yeni rezident tərəfindən əmtəə beton və quru yapışdırıcı istehsalını həyata keçirəcək zavod inşa olunacaq, sement satışı üzrə terminal təşkil ediləcək.

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni rezident - “Holcim (Azərbaycan)” ASC qeydiyyata alınıb.

Yeni rezident tərəfindən Sənaye Parkının 5 hektar ərazisində əmtəə beton və quru yapışdırıcı istehsalını həyata keçirəcək zavod inşa olunacaq, eləcə də sement satışı üzrə terminal təşkil ediləcək.

İnvestisiya dəyəri 3,4 milyon manat olan müəssisədə 20 nəfərdən çox insanın daimi işlə təmin olunması planlaşdırılır. İstehsal ediləcək məhsulların daxili bazarda satışı nəzərdə tutulur.

Qeyd edək ki, indiyə qədər Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında üç sahibkarlıq subyekti rezident, bir sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyatdan keçib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri