16 
Mar
2023
13:01
152
7
1090
Virtual karabakh

GL şirkətinin Türkiyəyə göndərdiyi humanitar dəstək fəlakət bölgəsinə çatıb - VİDEO

16 Mar, 2023
13:01
1090

GL şirkətinin Türkiyəyə göndərdiyi humanitar dəstək fəlakət bölgəsinə çatıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ilk özəl enerji şirkəti GL LTD (GL) Türkiyədə təbii fəlakətin dağıdıcı təsirlərinin aradan qaldırılmasına töhfə vermək üçün qardaş ölkəyə humanitar yardım göndərib.

GL və onun iştirak paylarına sahib olduğu şirkətlərdə – “GL Technical Services”, “Taghiyev Operating Company” və “Salyan Oil Limited”də çalışan 1600-ə yaxın əməkdaş da zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasına dəstək olmaq üçün könüllü ianələr ediblər.

Təbii fəlakətdən zərər çəkənlərin əsas ehtiyaclarının öyrənilməsi və onlara dəstəyin tez bir zamanda fəlakət bölgəsinə çatdırılması üçün GL şirkəti, Türkiyənin Azərbaycandakı səfirliyi və aidiyyəti təşkilatlarla sıx əməkdaşlıq edib.

Ərzaq və qeyri-ərzaq məhsullarından ibarət yardımlar ötən həftə yola salınıb və artıq Türkiyənin Kahramanmaraşdakı logistik mərkəzinə çatıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri