17 
Mar
2023
13:32
53
149
1238
Virtual karabakh

Şahin Mustafayev: “Azərbaycanla Rusiya arasında bütün sahələrdə səmərəli və işgüzar əməkdaşlıq qurulub”

17 Mar, 2023
13:32
1238

Şahin Mustafayev: “Azərbaycanla Rusiya arasında bütün sahələrdə səmərəli və işgüzar əməkdaşlıq qurulub”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanla Rusiya arasında bütün sahələrdə səmərəli və işgüzar əməkdaşlıq qurulub. Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Rusiya ilə iqtisadi-ticari əlaqələri inkişaf edib. Nəticədə ötən il ticarət dövriyyəsi 3,7 milyard dollara çatıb”.

APA xəbər verir ki, bunu Azərbaycanla Rusiya sərhədində yenidən inşa olunan “Xanoba” dövlət sərhəd buraxılış məntəqəsinin açılış mərasimində çıxış edən Baş nazirin müavini Şahin Mustafayev deyib.

Şimal-Cənub nəqliyyat dəhlizi üzrə ölkələrimiz arasındakı səmərəli əməkdaşlıqdan, Azərbaycan tərəfinin yol infrastrukturunun yenidən qurulması, logistika imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Ş.Mustafayev yenidən inşa olunan “Xanoba” dövlət sərhəd buraxılış məntəqəsinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi, yükdaşımaların artırılması, nəqliyyat və sərnişin axınının səmərəli şəkildə tənzimlənməsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri