18 
Mar
2023
22:48
267
24
1358
Virtual karabakh

Britaniya Qazaxıstana Azərbaycandan keçən neft ixracına kömək edəcək

18 Mar, 2023
22:48
1358

Britaniya Qazaxıstana Azərbaycandan keçən neft ixracına kömək edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanda səfərdə olan Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli mətbuata açıqlamasında bildirib ki, London Astanaya Azərbaycandan keçən ixrac marşrutlarını inkişaf etdirməyə kömək edəcək.

Britaniyanın xarici işlər naziri Qazaxıstan neftinin Avropa bazarına daşınmasına toxunaraq vurğulayıb ki, nəzərdə tutulan ixrac marşrutu Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçir və onun imkanlarını artırmaq üçün əhəmiyyətli investisiya tələb olunur.

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev və bir sıra digər yüksək vəzifəli şəxslərlə görüşən C. Kleverli Moskva ilə sıx müttəfiq olan Astananın Ukrayna münaqişəsində tutduğu mövqeyi yüksək qiymətləndirib.

Mənbə: Reuters

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri