19 
Mar
2023
15:12
103
22
3467
Virtual karabakh

Abdulbari Gözalın qızı ASB-dəki payını satdı

19 Mar, 2023
15:12
3467

Abdulbari Gözalın qızı ASB-dəki payını satdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) səhmlərinin 1%-nə nəzarət edən Leyla Gözal Kurt (Bankın daxil olduğu “Azərsun Holdinq” MMC-nin prezidenti Abdulbari Gözalın qızı) payını satıb.

“Report” xəbər verir ki, onun payını holdinqə daxil olan “Azərbaycan Sənaye Sığorta” ASC alıb.

Şirkət həm də ASB-nin digər səhmdarı - “Anadolu İnvestment Kompani” MMC-nin payının 4,2 %-lik hissəsini əldə edərək payını 5,2 %-ə çatdırıb.

Əvəzində “Anadolu İnvestment Kompani”nin payı 98,4 %-dən 94,2 %-ə düşüb.

ASB-nin səhmlərinin qalan 0,6 %-i isə əvvəlki qaydada holdində daxil olan “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.

Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri