20 
Mar
2023
11:50
227
12
1641
Virtual karabakh

Aktau-Bakı marşrutu ilə ilk dəfə “Kaşaqan” neftinin nəqlinə başlanılıb - FOTO/VİDEO

20 Mar, 2023
11:50
1641

Aktau-Bakı marşrutu ilə ilk dəfə “Kaşaqan” neftinin nəqlinə başlanılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın “Kaşaqan” yatağından hasil edilən neftin Xəzər dənizi ilə Aktau-Bakı marşrutu üzrə ilk dəfə nəqlinə başlanılıb.

Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb

Yeni marşrutla neftin daşınması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin Dəniz Nəqliyyatı Donanmasına məxsus “Akademik Xoşbəxt Yusifzadə” tankeri ilə həyata keçirilib.

İlk partiyada tankerin anbarlarına ümumilikdə 6 900 ton xam neft yüklənib. Qazaxıstanın Aktau limanından yola düşən tanker nefti Azərbaycanın “Səngəçal” terminalına çatdıracaq.

Martın əvvəlində bildirilmişdi ki, Qazaxıstanın “KazTransOil” şirkəti bu ay “Kaşaqan” yatağından hasil edilən 7 min ton nefti Azərbaycan ərazisindən tranzitlə tədarük edəcək.

“Kaşaqan” yatağının neftinin daşınması ilə Yaponiyanın “INPEX North Caspian Sea” şirkəti məşğul olur. Bu şirkət Azərbaycanda “Azəri-Çıraq-Günəşli”də və əsas ixrac neft kəməri Bakı-Tbilisi-Ceyhanda paylara malikdir.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara qəbul edilən “Akademik Xoşbəxt Yusifzadə” tankerinin ümumi yükgötürmə qabiliyyəti 7 800 tondur. Bu tankerlə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri