10 
Apr
2015
20:39
14
59
1565
Virtual karabakh

Nazirlik lisenziyasız obyektlərin fəaliyyətini dayandırdı

10 Apr, 2015
20:39
1565

Nazirlik lisenziyasız obyektlərin fəaliyyətini dayandırdı

KTN məlumat yaydı.

Nazirlik 9 satış məntəqəsinin lisenziyasız fəaliyyət göstərdiyini aşkar edib.

Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, həmin satış məntəqələrində qeydiyyatdan keçməmiş, istifadə müddəti bitmiş müxtəlif adda (Lardeta, Ortiva Top, Rubit, Endosul Fan, Ola Of 85 və.s) 25,5 kq pestisid dövriyyədən çıxarılıb, həmin məntəqələrin fəaliyyətləri dayandırılıb və qanunamüvafiq inzibatı tədbirlər görülüb.

Eyni zamanda, yoxlama nəticəsində Salyan rayonu ərazisində lisenziyasız fəaliyyət göstərən Abdullayev İlqar Ağahəsən oğluna məxsus pərakəndə satış obyektində respublika ərazisində  Ammonium nitrat gübrəsinin dəyəri 6.50 manat olduğu halda 9 manata satıldığı aşkar edilib və satış məntəqəsinin fəaliyyəti dayandırılıb. Məlumat üçün bildiririk ki, həmin satış məntəqəsində 26 ton Ammonium nitrat mövcud olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri