29 
Mar
2023
15:42
11
38
621
Virtual karabakh

“AIESEC ilə inkişaf et” layihəsi çərçivəsində “Karyera Yüksəlişi” tədbiri keçirilib - FOTO

29 Mar, 2023
15:42
621

“AIESEC ilə inkişaf et” layihəsi çərçivəsində “Karyera Yüksəlişi” tədbiri keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“AIESEC Azərbaycan”ın təşkilatçılığı ilə 11 mart 2023-cü il tarixində 100-ə yaxın gəncin iştirakı ilə “AIESEC ilə inkişaf et” layihəsi çərçivəsində “Karyera Yüksəlişi” adlı tədbir keçirilib.

Tədbirin məqsədi müxtəlif peşə sahələrindən olan liderləri və azərbaycanlı gəncləri bir araya toplamaqla onlara öz gələcək karyeralarında uğurla addımlamağa yönəltməkdən ibarət olub. 

Həyata keçirilən “AIESEC ilə inkişaf et” tədbirinin spikerləri “MyContact.az” və “İŞ VAR” şirkətlərinin təsisçisi - Kamran Məmmədov, beynəlxalq təcrübəli satış təlimçisi - Kamal Mahmudov, karyera üzrə icraçı məşqçi - Şamil Fətəliyev və “166” Yükdaşıma və Logistika şirkətində marketinq meneceri - Rüfət Quliyev olublar. Öz sahələrində kifayət qədər uğur qazanmış spikerlər gənclərə karyera qurmaq, inkişaf etmək, uğur qazanmağın forma və formulundan danışıblar. Karyera qurarkən daha çox nələrə diqqət edilməli, hansı addımlar atılmalı, doğru və yanlış istiqamətləri izah edib, ən doğru seçimlər etməyin yollarını izah edərək gəncləri istiqamətləndiriblər. 

Tədbir böyük maraqla qarşılanıb, gənclərdə yaranan suallar spikerlər tərəfindən ətraflı cavablandırılıb və səmərəli müzakirələrlə layihə işini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri