29 
Mar
2023
15:30
75
20
940
Virtual karabakh

Sara Maykl: “Azərbaycan hökuməti ilə yeni əməkdaşlıq strategiyası üzərində işləyirik”

29 Mar, 2023
15:30
940

Sara Maykl: “Azərbaycan hökuməti ilə yeni əməkdaşlıq strategiyası üzərində işləyirik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dünya Bankı ilə Azərbaycan hökuməti arasında növbəti beş ili əhatə edəcək yeni əməkdaşlıq strategiyası hazırlanır”.

Bu barədə “Report”a Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl deyib.

“Hazırda Azərbaycan hökuməti ilə birlikdə yeni 5 illik proqramın hazırlamasının başlanğıc mərhələsindəyik. Əvvəlki proqram başa çatmaq üzrədir, indi hökumətlə növbəti proqrama daxil ediləcək istiqamətləri müzakirə edirik”, - o deyib.

S.Mayklın sözlərinə görə, Dünya Bankı hazırda Azərbaycanda həyata keçirilən 3 layihəyə investisiya yatırır.

“Layihələrdən biri regional əlaqələrin təmin edilməsinə, digəri Azərbaycanda məşğulluğun dəstəklənməsinə, üçüncüsü isə məhkəmə xidmətlərinin modernləşdirilməsinə yönəlib”, - o deyib.

S.Maykl qeyd edib ki, hər üç layihə üzrə investisiyaların həcmi 215 milyon ABŞ dolları təşkil edir.

“Bu layihələr icra prosesindədir. Onların 2024-cü ildə və daha sonra başa çatdırılması gözlənilir”, - Dünya Bankının nümayəndəsi əlavə edib.

Onun sözlərinə görə, Dünya Bankı investisiyalarla yanaşı, Azərbaycana texniki yardım göstərir, potensialın artırılması üzrə birgə iş aparır.

“Biz həmçinin təhsilə dəstək, rəqəmsal sektor, energetika, bərpa olunan enerji mənbələri sahəsində də işləyirik”, - o vurğulayıb.

Qeyd edək ki, Dünya Bankı Azərbaycanla 30 illik əməkdaşlıq müddəti ərzində 52 layihəni maliyyələşdirilməsi üçün 4 milyard ABŞ dollarından çox zəmanətli kredit və 110-dan artıq texniki yardım və qrant layihələrinə təxminən 30 milyon ABŞ dolları həcmində vəsait ayırıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri