15 
Apr
2015
18:15
66
32
1873
Virtual karabakh

Heydər Əliyev prospektində təmir işləri yekunlaşır - FOTO + VİDEO

15 Apr, 2015
18:15
1873

Heydər Əliyev prospektində təmir işləri yekunlaşır - FOTO + VİDEO

Asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzinin qarşısından Böyükşor qovşağına qədər olan hissəsində işlər sürətlə davam etdirilir.

Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Oxu.Az-a verilən məlumata görə, səhər saatlarından həmin hissədə asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. 

Təmir işləri çərçivəsində nəzərdə tutulan digər işlər də paralel olaraq həyata keçirilir. 

Hava şəraiti normal keçərsə, yaxın günlərdə asfalt-beton işləri tamamilə yekunlaşacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri