23 
May
2023
18:00
9
93
1347
Virtual karabakh

Azərbaycanda dövlət müəssisələrinin büdcəyə nə qədər borcu var?

23 May, 2023
18:00
1347

Azərbaycanda dövlət müəssisələrinin büdcəyə nə qədər borcu var?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci ildə bütün mülkiyyət növləri üzrə vergi ödəyicilərinin büdcə daxilolmaları artıb.

Bu məlumat “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

Belə ki, 2022-ci ildə Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlərin tərkibində dövlət mülkiyyətində olan vergi ödəyicilərinin payı 4 milyard 105 milyon 400 min manat, xüsusi mülkiyyətdə olan vergi ödəyicilərinin payı 4 milyard 64 milyon 300 min manat, digər mülkiyyət mənsubiyyətinə (xarici, birgə, bələdiyyə, beynəlxalq təşkilatlar) aid edilən vergi ödəyicilərinin payı isə 7 milyard 373 milyon 300 min manat olub. 

Dövlət sektoru üzrə daxilolmaların artması bu sektor üzrə büdcəyə olan borcların 6,7 milyon manat və ya 2,6% azalaraq 254,2 milyon manat, artıq ödəmə məbləğlərinin isə 76,1 milyon manat və ya 18,3% artaraq 491 milyon manat təşkil etməsi şəraitində baş verib.

Eyni zamanda, qeyd edilməlidir ki, dövlət mülkiyyətində olan vergi ödəyiciləri tərəfindən 2022-ci ildə dövlət büdcəsinə köçürülmüş daxilolmaların real hesablamlara nisbətən icrası 96,6%-ə bərabər olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri