İyn
2023
19:30
14
35
709
Virtual karabakh

“OPEC-in qərarlarında xəta var, neft hasilatı kvotasına yenidən baxmalıdırlar” - ŞƏRH + FOTO

5 İyn, 2023
19:30
709

“OPEC-in qərarlarında xəta var, neft hasilatı kvotasına yenidən baxmalıdırlar” - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

OPEC-ə üzv ölkələr və qeyri-OPEC ölkələri 2024-cü il üçün neft hasilatının səviyyəsini sutkada 40,46 milyon barel səviyyəsində saxlamaq barədə razılaşıblar. 1 yanvar 2024-cü ildən 31 dekabr 2024-cü ilə qədər qüvvədə olacaq qərara əsasən, ümumilikdə, OPEC+ ölkələri hasilatı sutkada 1,393 milyon barel azaldacaqlar.

Bu addımın neft bazarlarına necə təsir edəcəyi haqqında Oxu.Az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, gələn il neft qiymətlərinin azalması davam edəcək:

“Bu onunla əlaqədardır ki, dünya iqtisadiyyatı proqnoz edildiyindən daha aşağı tempdə inkişaf edəcək. Buna görə neftə olan tələbat gözlənildiyi qədər olmayacaq. Cari il üçün neftin orta qiymətinin 85-90 dollar arasında dəyişəcəyi proqnoz edilirdi. May ayı ərzində neftin orta qiyməti 75 dollar olub. Bu OPEC+ çərçivəsində dalbadal qərarların verilməsinə gətirib çıxardı. Əgər bir ay ərzində OPEC+ ölkələrinin verdiyi qərarlar bazara təsir etməsə, gözləntiləri doğrultmasa, bunun effektivliyi şübhə altına düşə bilər. Çünki altı-yeddi aydan sonra bazarda nə baş verəcəyi, qiymətlərə təsir edən siyasi, iqtisadi amillər indidən bəlli deyil. Neftin qiymətinin ədalətli çərçivədə müəyyənləşməsi mürəkkəb məsələdir”.

İlham Şaban vurğulayıb ki, gələn il üçün müəyyən olunan rəqəmlərə əsasən, Azərbaycanın hasilat kvotası gündəlik 133 min barel azaldılıb, 551 min barel müəyyən edilib:

“Halbuki Energetika Nazirliyinin saytında isə aprel ayında gündəlik neft hasilatının 512 min barel olduğu qeyd edilib. Hər kəsə bəllidir ki, 2010-cu ildən sonra Azərbaycanda neftin hasilatının artımı deyil, azaldılması müşahidə edilir. Digər ölkələrə də belə kvota qoyulubsa, demək, böyük xətalar var. Buna görə rusiyalı təhlilçilər yazırlar ki, hasilatın azaldılması, sadəcə, kağız üzərində qalan əməliyyat olacaq.

Bazarda qiymətlərin dəyişməsi, neftin qiymətinin enməsi fonunda OPEC yenidən toplaşıb, yeni qərarlar verə bilər”.

Aysel Aslan

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri