20 
Noy
2023
20:06
107
26
882
Virtual karabakh

SOCAR prezidenti Pakistan nümayəndə heyəti ilə görüşüb - FOTO

20 Noy, 2023
20:06
882

SOCAR prezidenti Pakistan nümayəndə heyəti ilə görüşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

20 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının Milli İdarəçilik Kursunun iştirakçıları ilə görüşüb.

Bu barədə Dövlət Neft Şirkətindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında dostluq münasibətləri və yüksək səviyyəli strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib, bütün sahələrdə olduğu kimi, enerji sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli strateji hədəflərindən bəhs edilib, regional və qlobal enerji layihələri haqqında məlumat verilib. Neft və neft məhsullarının ticarəti, təbii qaz infrastrukturunun inkişafı və maye təbii qaz (LNG) təchizatı üzrə müzakirələr aparılıb.

Görüşdə, həmçinin SOCAR ilə Pakistan şirkətləri arasında insan resursları sahəsində təcrübə mübadiləsi üzrə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib, rəqəmsallaşma, dekarbonizasiya, ədalətli enerji keçidi, neft-qaz sənayesində dayanıqlılıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri