21 
Noy
2023
11:16
51
25
398
Virtual karabakh

Mikayıl Cabbarov: “Qazaxıstan SPECA ölkələri arasında ən əhəmiyyətli tərəfdaşlarımızdandır”

21 Noy, 2023
11:16
398

Mikayıl Cabbarov: “Qazaxıstan SPECA ölkələri arasında ən əhəmiyyətli tərəfdaşlarımızdandır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Geniş təbii sərvətləri və kənd təsərrüfatı məhsulları olan Qazaxıstan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) üzv ölkələr içərisində Azərbaycanın ən əhəmiyyətli tərəfdaşlarından biridir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi” mövzusunda keçirilən SPECA 2023 İqtisadi Forumunda deyib.

Nazir bildirib ki, Azərbaycan Qazaxıstandan bir sıra məhsullar idxal edir:

“Qazaxıstandan ölkəmizə taxıl və faydalı qazıntı məhsulları da daxil olmaqla, nəqliyyat vasitələri, neft-kimya məhsulları ixrac olunur. Hər iki ölkə zəngin enerji resurslarına malikdir. İki ölkənin də ticarəti çoxşaxəlidir. Azərbaycan və Qazaxıstan arasındakı tərəfdaşlıq iqtisadiyyatımızın artımına töhfə verir. Sənaye sektorunda əlavə inkişafın təmin edilməsinə imkanlar yaradır”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri