21 
Noy
2023
12:08
32
4
459
Virtual karabakh

FIATA-nın baş direktoru: “Biz Azərbaycanın logistika sektorunu dəstəkləmək niyyətindəyik”

21 Noy, 2023
12:08
459

FIATA-nın baş direktoru: “Biz Azərbaycanın logistika sektorunu dəstəkləmək niyyətindəyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası (FIATA) Azərbaycanın logistika sektorunu dəstəkləmək və sərfəli təkliflər təqdim etmək istəyir. Biz, həmçinin, unikal məlumatların emalı standartlarından istifadə edərək sənədlərin rəqəmsallaşdırılması sahəsində təcrübəmizi bölüşməyə hazırıq”.

Bunu Oxu.Az-a açıqlamasında FIATA-nın baş direktoru Stefan Qraber bildirib.

Onun sözlərinə görə, beynəlxalq logistika sahəsində yükdaşımaları ilə məşğul olan çoxlu sayda şirkət var və onlarla əlaqə yaratmaqda Azərbaycana köməklik göstərilə bilər.

S.Qraber Orta Dəhlizin Azərbaycan üçün əhəmiyyətindən də danışıb.

“O, ölkənizdə xarici logistikanın inkişafı üçün mühüm rol oynayır. Bu, idxal və gələcək perspektivlər üçün son dərəcə vacibdir”, - deyə FIATA-nın baş direktoru yekunlaşdırıb.

Rufina Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri