21 
Noy
2023
12:30
7
23
470
Virtual karabakh

SPECA Fondunun yaradılması üzərində iş gedir

21 Noy, 2023
12:30
470

SPECA Fondunun yaradılması üzərində iş gedir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Fondunun yaradılması üzərində iş gedir”.

“Report” xəbər verir ki, bunu BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin Bakıda SPECA Həftəsi çərçivəsində keçirilən “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda iqtisadi forumda bildirib.

“Ümid edirəm ki, SPECA Fonduna daxil olacaq vəsait faydalı işlərə, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına yönəldiləcək”, - deyə o qeyd edib.

Qeyd edək ki, SPECA 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Bu il SPECA-ya sədrliyi Azərbaycan həyata keçirir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri