16 
İyl
2015
10:55
78
23
1651
Virtual karabakh

Azərbaycan qızıl istehsalını artırdı

16 İyl, 2015
10:55
1651

Azərbaycan qızıl istehsalını artırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

DSK iyulun 1-nə olan hesabatı açıqladı.

2015-ci ilin ilk 6 ayı ərzində 1 117,4 kq qızıl istehsal edib. Bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 32,9% çoxdur. 

Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Komitənin məlumatına görə, müvafiq dövrdə 46,5 kq gümüş istehsal olunub ki, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 76,2% azdır. 

Qeyd edək ki, iyulun 1-nə olan məlumata görə, hazır qızıl ehtiyatı 27,9 kq, gümüş ehtiyatı isə 7,7 kq təşkil edib. 

Komitə bildirib ki, yanvar-iyun aylarında ümumilikdə qiymətli metal filizləri konsentratlarının həcmi isə 1 163,9 kq təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,3% çoxdur.

Xatırladaq ki, Azərbaycanda ilk qızıl Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti (AİMK) tərəfindən 2009-cu ildə Gədəbəy yatağında hasil olunub. 

Məlumat üçün bildirək ki, AİMK şirkəti Gədəbəy yatağındakı faydalı qazıntıların artırılması, ehtiyatların sübut olunması və nəticədə 2015-ci ilədək 300 min unsiyadan çox qızılın hasil edilməsi planlaşdırılan Gədəbəy yatağının istismar müddətinin uzadılması üçün müəyyən kəşfiyyat strategiyasını icra edib.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri