22 
Okt
2015
12:06
57
6
1862
Virtual karabakh

Bir sıra Rusiya aviaşirkətləri Azərbaycana uça biləcəklər

22 Okt, 2015
12:06
1862

Bir sıra Rusiya aviaşirkətləri Azərbaycana uça biləcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

14 marşrut üzrə.

Azərbaycana 14 marşrut üzrə uçuş həyata keçirmək üçün Rusiyanın dörd aviaşirkətinə - “Yamal”, “Taymır”, “Komiaviatrans” və “Ural Hava Yolları”na icazə verilib.

Oxu.Az “Kavqazski uzel”ə istinadən xəbər verir ki, bu barədə məlumat oktyabrın 20-də daşıyıcıların beynəlxalq daşınmalar həyata keçirməsi üzrə idarələrarası komissiyanın protokolunda göstərilib.

“Yamal” aviaşirkəti indi 10 marşrut üzrə uçuşlar həyata keçirmək hüququna malikdir. Bura Kazan-Bakı, Moskva-Lənkəran, Ufa-Bakı, Perm-Bakı, Çelyabinsk-Bakı, Soçi-Bakı, Krasnoyarsk-Gəncə, Samara-Bakı, Nijnı Novqorod-Bakı, Sankt-Peterburq-Lənkəran reysləri daxildir. 

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin saytında yerləşdirilən sənəddə göstərildiyi kimi, Moskva-Zaqatala, Moskva-Qəbələ və Moskva-Lənkəran marşrutları üzrə uçuşları “Taymır” aviaşirkəti həyata keçirəcək. Reyslər həftədə üç dəfə, “Boeing 737” təyyarələri vasitəsilə həyata keçiriləcək.

“Komiaviatrans” şirkəti Kaluqa-Bakı, Nijni Novqorod-Bakı, Samara-Bakı marşrutları üzrə reyslər təşkil etməyə icazə alıb. Uçuşlar həftədə bir dəfə həyata keçiriləcək. Aviaşirkət “Embraer ERJ 145” təyyarələrindən istifadə edir.

“Ural Hava Yolları” isə Kazan-Bakı reysi üzrə həftədə beş dəfə uçuş həyata keçirməyə icazə alıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri