23 
Sen
2016
13:40
34
102
13799
Virtual karabakh

“WhatsApp”a yeni emojilər gəldi – FOTOLAR

23 Sen, 2016
13:40
13799

“WhatsApp”a yeni emojilər gəldi – FOTOLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qısa zaman içərisində yeni emojilərdən “Android” istifadəçiləri də istifadə edə biləcək.

“iOS 10” əməliyyat sistemində yer alan emojilər bu dəfə “WhatsApp Android” sisteminə gəlir.

Oxu.Az “Technote”-a istinadən xəbər verir ki, “Apple”in iOS 10” versiyasına daxil etdiyi bir çox emoji artıq “WhatsApp”ın beta versiyasında “Android” sistemində də yer alacaq.

Bunların sırasına 3D görüntülü çox sayda ailə və müxtəlif idman emojiləri daxildir. Bundan başqa, real silah emojisinin yerini su tapançası emojisi aldı.

“WhatsApp Android” tətbiqinə daxil edilən yeni emojilərdən hələlik beta proqramını istifadə edən istifadəçilər faydalana biləcəklər. 

Yeni emojilərin qısa müddət içərisində bütün “Android” platformasında istifadəyə təqdim edilməsi gözlənilir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri