Dek
2016
14:06
13
3
1627
Virtual karabakh

Smartfonlar insanları sifətə görə müəyyənləşdirəcək

8 Dek, 2016
14:06
1627

Smartfonlar insanları sifətə görə müəyyənləşdirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Smartfon istifadəçiləri bundan sonra üzün tanınması əlavəsi vasitəsilə insanları identifikasiya edə biləcəklər. Belə ki, Londonun “Blippar” şirkəti öz əlavəsi üçün “Face Profile” əlavə reallıq funksiyasını istifadəyə verib. Bu funksiya istifadəçilərə üzü hətta televizordan skan etməyə imkan yaradıb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, istifadəçilər lazımi adam haqqında onun sosial media profili daxil olmaqla baza məlumatlarını əldə edəcəklər. Proqram hazırda yalnız ictimai xadimləri tanısa da, istifadəçilər öz profillərini yaradaraq ona əlavə edə bilərlər.

“iOS” və “Android” əməliyyat sistemləri üçün nəzərdə tutulan “Blippar” əlavəsi indiyədək istifadəçilərə smartfondan istifadə edərək gündəlik obyektlər haqqında daha çox məlumat əldə etmək üçün onları skan etməyə imkan verib. Yenilənmə insanlar haqqında daha çox informasiya toplamaq üçün üzləri skan etməyə şərait yaradacaq.

Profillərə informasiya və şəkillər, sosial mediada profillərə əlavə keçidlər, sevimli musiqi və hətta onların məşhur oxşarlarının şəkilləri daxil olacaq. Bundan başqa, istifadəçilər “Blippar” “biliklər qrafası”nda mövcud əşyalar, o cümlədən “obyektlər, anlayışlar və hüquqi şəxslər” haqqında informasiyanı əlavə etmək imkanı əldə edəcəklər.

Əlavə vasitəsilə 70 mindən çox ictimai xadimi, o cümlədən aktyor, siyasətçi, musiqiçi, müğənni, sahibkar, müəllif, idman ulduzu və alimi tanımaq mümkün olacaq. İctimai xadimlər, həmçinin əlavədə öz profillərini yarada biləcəklər.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri