Dek
2016
17:18
247
57
2821
Virtual karabakh

Azərbaycanda internetin keyfiyyəti artırılacaq

8 Dek, 2016
17:18
2821

Azərbaycanda internetin keyfiyyəti artırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması üzərində planlı şəkildə işləyir”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu “Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev bildirib.

S.Paşayev qeyd edib ki, MMC-nin əsas prioritetlərindən biri də internetin keyfiyyətinin artırılmasıdır. 

“Yaxın 1 il ərzində “Aztelekom” MMC ölkə üzrə mövcud şəbəkənin tutumunun artırılmasına nail olmaq niyyətindədir. Hazırda bizim bəzi abunəçilərimiz mənəvi və fiziki baxımdan köhnəlmiş ADSL texnologiyaları ilə internetə bağlanırlar. 

Lakin texnoloji trendlər onu göstərir ki, yaxın gələcəkdə artıq birbaşa kabel bağlantısı ilə internetə qoşulmaq mümkün olacaq. Bizim əsas məqsədimiz odur ki, bir xətt üzərindən bütün xidmətlərimiz göstərilsin. Bunların arasında əsas üç xidməti qeyd edə bilərəm. 

Söhbət telefon, IP-TV və internetdən gedir. Gələcəkdə başqa xidmətlər də bazara çıxmış ola bilər və onları da abonentə çatdırmaq bizim əsas borcumuzdur”, - deyə o bildirib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri