13 
Dek
2016
23:05
98
20
4784
Virtual karabakh

YouTube-un mobil versiyasında yenilik

13 Dek, 2016
23:05
4784

YouTube-un mobil versiyasında yenilik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əgər siz, YouTube-a kompüter vasitəsilə daxil olub videoya baxırsınızsa onda videonun lazımi hissəsinə qayıtmaq elədə çətin olmur. Belə ki, nəzərə alsaq ki, kompüterin böyük ekranı var, bu xüsusiyyət videoda lazımi səhnələrə qayıtmaq prosesini asanlaşdırır. Lakin planşetlərdə və ən əsasda smartfonlarda bunu etmək bir qədər çətindir. Xoşbəxtlikdən “Google” şirkəti bunun fərqindədir və YouTube üçün yeni xüsusiyyət əlavə edib.

Oxu.Az technote.az saytına istinadən xəbər verir ki, mobil telefonlar üçün nəzərdə tutulmuş YouTube tətbiqinin yenilənmiş versiyasına daxil olub video izləyən zaman ekranın sağ və sol tərəflərindən videonu 10 saniyəlik geri-irəli çəkə biləcəyiniz xüsusi düymələr ilə qarşılaşacaqsınız.

Bu funksiya sayəsində istifadəçilər uzun video izləyən zaman videonu bir neçə dəqiqə əvvələ və ya qabağa çəkmək əvəzinə bunu 10 saniyəlik zamanlama ilə edə biləcəklər. Qeyd etmək lazımdır ki, yeni funksiya YouTube-un 11.47.55 versiyasında çalışır. Tətbiqi yeniləyəndən sonra siz cihazın ayarlarına daxil olaraq YouTube tətbiqinə keçid edərək onun məlumatlarını pozmalı olacaqsınız. Yalnız bundan sonra yeni funksiya işə düşəcək.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri