14 
Dek
2016
12:48
83
18
10157
Virtual karabakh

“Ən təmiz” smartfonların “TOP-3”-ü

14 Dek, 2016
12:48
10157

“Ən təmiz” smartfonların “TOP-3”-ü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mütəxəssislər tərəfindən dünyanın ən çox satılan smartfonlarının reytinqi tərtib edilib.

Oxu.Az xəbər verir ki, İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən məlumatına görə, “TOP-3”-lükdə ilk yeri “iPhone7” cihazı tutub. 

Mütəxəssislər bu cihazı “ən təmiz” smartfon adlandırıblar. Belə ki, smartfon içərisinə toz və suyun düşməsindən müdafiə olunub.

Ancaq mütəxəssislər bildirir ki, “iPhone7” flaqmanı dünyanın ən yaxşı smartfonu deyil. Onların fikrincə, bu cihaz məhz özünün toz yığmamaq və nəm keçirməmək xüsusiyyətlərinə görə satış lideri olub. Ancaq ümumilikdə, smartfonun cihaz avadanlığına və funksionallığına görə ciddi rəqiblərə malikdir. 

“TOP-3”-lüyün gümüşünü “Samsung - Galaxy S7 Edge” cihazı əldə edib. Bu smartfon dəmir korpus və barmaq izlərinin tanınması ilə təchiz edilib. 

Üçüncü yerə Tayvan brendinin məhsulu olan “HTC 10” layiq görülüb. O, geniş funksionallığına, optik sabitləşməsinə və olduqca cəld qoşulmasına görə istehlakçıların ürəyincə olub. 

Ümumilikdə, mütəxəssislər qeyd ediblər ki, geridə qoymaqda olduğumuz il texnologiya sahəsində bir sıçrayış olub. Adları sadalanan smartfonlardan başqa, dünyada olduqca layiqli cihazlar yaradılıb ki, onlar da bazar seqmentində yer tutacaqlar.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri