14 
Dek
2016
18:40
10
114
2959
Virtual karabakh

“Windows 10” istifadəçiləri internetə girişdə problemlər yaşayıb – SƏBƏBLƏR

14 Dek, 2016
18:40
2959

“Windows 10” istifadəçiləri internetə girişdə problemlər yaşayıb – SƏBƏBLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər “Windows 10” istifadəçiləri kompüterlərdə internetə girişlə bağlı yaranan problemlərindən narahatlıqlarını bildiriblər.

Oxu.Az-ın məlumatına görə, Fins.az xarici mətbuata istinadən xəbər verir ki, avropa provayderləri bunun son yenilənmədən sonra baş verdiyini açıqlayıb.

Belə ki, kompüterlər və routerlər arasında İP uyğunsuzluğu yaranır ki, nəticədə internetə giriş mümkünsüz olur. Provayderlər problemin son yenilənmədən sonra bütün kompüterlərdə baş verə biləcəyini də vurğulayıb.

“Microsoft” şirkəti bununla bağlı istifadəçilərinə çıxış yolu kimi avadanlıqları söndürüb yenidən işə salmağı və şirkətin internet səhifəsinə baş çəkməyi məsləhət görür. 

Xatirladaq ki “Microsoft” bu ilin oktyabrda Nyu Yorkda keçirdiyi tədbirdə “Windows 10 Creators Update” adlı yenilənməni təqdim edib. Bu yenilik əsasən əməliyyat sistemində 3D məzmuna keçmək imkanları yaradır.

Şirkət digər yeniliklər haqqında da məlumatlar verib. Əsas yeniliklərdən biri də Paint tətbiqi ilə bağlıdır. Bu yenilik istifadəçilərə 3D obyektlərin, şəkillərin yaradılmasına imkan verəcək.
“Windows 10 Creators Update” gelən ilin əvvəlində istifadəçilərin xidmətində olacaq.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri