30 
Dek
2016
13:30
19
83
5444
Virtual karabakh

Ölkədə üç dövlət qurumu özəlləşdirilə bilər

30 Dek, 2016
13:30
5444

Ölkədə üç dövlət qurumu özəlləşdirilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rabitə və Yüksək Texnologiya Nazirliyinin nəzdində fəaliyyət göstərən “Aztelekom” MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və “AzİnTelecom” MMC kimi təşkilatların özəlləşdirilməsi, habelə nazirliyin digər müəssisələrdəki dövlətə məxsus paylarının təqdim edilməsi nəzərdən keçirilə bilər.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair “Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, özəlləşdirmə və dövlətə məxsus payların təqdim edilməsi tədbirləri çərçivəsində, habelə müstəqil tənzimləyici qurum yaradılanadək RYTN-nin tənzimləyici qurum kimi daha effektiv fəaliyyət göstərməsi məqsədilə bu sahələrə özəl investisiyaların cəlb edilməsi imkanları dərin və ətraflı şəkildə təhlil ediləcək.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri