Yan
2017
14:23
99
33
3626
Virtual karabakh

Azərbaycanda SIM-kartların satışı mərkəzləşdiriləcək

5 Yan, 2017
14:23
3626

Azərbaycanda SIM-kartların satışı mərkəzləşdiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2017-ci ilin ilk aylarında Azərbaycanda mobil rabitə operatorlarının SIM-kartlarının mərkəzləşdirilmiş satış sisteminin tətbiq olunacağı gözlənilir”.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Məlumata görə, söhbət operatorların abunəçilərinin onlayn rejimdə müəyyənləşdirilməsinə imkan verən sistemdən gedir. SIM-kartın satışı zamanı abunəçi haqqında məlumat həm operatorun məlumat bazasına, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzinə daxil ediləcək.

Hökumətin SIM-kartların satışı proseduruna dəyişikliklər barədə müvafiq qərarına uyğun olaraq, kartların qeydiyyatı mərkəzləşdirilmiş və bütün operatorlar üçün vahid qaydada aparılacaq. Bu addım həmin sahədə olan nöqsanları aradan qaldırmağa və satışları sistemləşdirməyə imkan verəcək.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri