10 
Yan
2017
09:23
58
15
2091
Virtual karabakh

“Yahoo!”-nun adı dəyişdiriləcək

10 Yan, 2017
09:23
2091

“Yahoo!”-nun adı dəyişdiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın ən böyük texnologiya şirkətlərindən biri “Yahoo!”-nun adı dəyişdirilərək “Altaba” adlandırılacaq.

Oxu.Az-ın məlumatına görə, APA “The Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu, şirkətin aktivlərinin “Verizon Communications”-ə satılmasından sonra baş verəcək.

Eyni zamanda, “Yahoo!”-nun rəhbəri Marissa Mayer və direktorlar şurasının 4 üzvü tutduqları vəzifələri tərk edəcəklər.

Bundan əvvəl “Yahoo!” 2013-ci ildə kiber hücum nəticəsində 1 milyard istifadəçisinin hesab məlumatlarının hakerlər tərəfindən ələ keçirildiyini ehtimal etmişdi. 

Qalmaqallı açıqlama “Yahoo!” ilə “Verizon Communications” arasında gözlənilən sövdələşməni təhlükə altına qoymuşdu. ABŞ-ın ən iri mobil telefon operatoru və internet xidməti təchizatçılarından biri  “Verizon” iyulda “Yahoo!”-nu 4,83 milyard dollara satın alacağını bildirmişdi.

Xatırladaq ki, “Yahoo!” şirkəti 1994-cü ildə təsis edilib. Şirkətin axtarış sistemi dünyada ən məşhurlardan biridir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri