Mar
2017
12:48
108
15
1562
Virtual karabakh

“Viber” “Windows”dan imtina etdi

3 Mar, 2017
12:48
1562

“Viber” “Windows”dan imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Viber” şirkəti messencerin “Windows” əməliyyat sistemləri üçün yeni versiyalarını çıxarmaqdan imtina etmək niyyətindədir.

Oxu.Az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə,  bu barədə “Viber” şirkətinin nümayəndələri bildirirlər.

“Şirkətimizin məhdud resurslarından maksimum səmərəli üsulla istifadə etmək məqsədilə “Windows Phone 10” və “Windows 10” üçün hər hansı yeniləmələrin çıxarılmasından imtinaya dair qərar verdik. Yaxın gələcəkdə yeni versiyaların çıxarılması ilə bağlı planımız yoxdur. Planlarımızda dəyişiklik olduğu halda biz bu barədə xəbərdarlıq edəcəyik”, - şirkətdən bildirilib.

Beləliklə, populyar messencerin yaradıcıları “iOS” və “Android” mobil platformalarına daha böyük önəm veriblər. “Viber” messencerinin “Windows” üçün cari versiyası, çox güman ki, sonuncu olacaq.

N.O.

www.oxu.az   

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri