Mar
2017
10:51
6
38
2311
Virtual karabakh

Azərbaycanda ən çox istifadə olunan elektron xidmətlərin adları açıqlandı – SİYAHI

6 Mar, 2017
10:51
2311

Azərbaycanda ən çox istifadə olunan elektron xidmətlərin adları açıqlandı – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəffaf və rahat idarəetmənin mühüm komponenti olan “Elektron hökumət” portalına maraq artır, eləcə də əhalinin elektron xidmətlərdən istifadəsi genişlənir. 

www.e-gov.az” portalı vasitəsilə təqdim olunan elektron xidmətlərə müraciət edənlərin sayının dinamik artımı bunun əyani göstəricisidir. 

Bu barədə Oxu.Az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) bildirilib.

Tələbata uyğun olaraq, istifadəçilərin müraciət etdikləri xidmətlərin statistikası hər ay yenilənir. Cari ilin fevral ayı ərzində “Elektron hökumət” portalı vasitəsilə 1 milyon 673 min 687 dəfə elektron xidmətlərə müraciət sayı qeydə alınıb.

Xidmətlərinə ən çox müraciət olunan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (ƏƏSMN). Belə ki, fevral ayı ərzində bu qurumun xidmətlərinə 946 min 84 dəfə müraciət olunub.

ƏƏSMN-in ünvanlı dövlət sosial yardımı üzrə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə hazırlanmış Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) adlı xidmətinə ay ərzində 394 min 389 dəfə müraciət edilib.

Müxtəlif istiqamətləri əhatə edən 37 xidməti portala inteqrasiya edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) xidmətlərinə isə ötən ayda müraciət sayı 565 min 935-ə çatıb.

Nazirliyin çox istifadə olunan elektron xidməti “Mobil nömrə daşınması xidməti vasitəsi ilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətidir ki, ay ərzində xidmət üzrə müraciət sayı 300 min 300-ə yüksəlib.

Dövlət Gömrük Komitəsinin (DGK) təqdim etdiyi elektron xidmətlərə ay ərzində müraciət sayı isə 71 min 470-dir. Komitənin təqdim etdiyi “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu” elektron xidmətinə 55 min 99 dəfə müraciət edilib.

Portal üzərindən fərdə məxsus məlumatı elektron qaydada formalaşdırmağa, çap edərək aidiyyəti quruma ötürməyə imkan yaradan elektron arayışlardan isə fevral ayı ərzində 25 min 862 dəfə istifadə edilib.

Əsasən, yay aylarında daha aktual olan Dövlət İmtahan Mərkəzinin xidmətləri bütün qurumları qabaqlayaraq liderlik etdiyi halda, fevralda bu qurumun xidmətlərinə nisbətən az, 18 min 701 dəfə müraciət edilib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri