Mar
2017
11:49
13
76
2651
Virtual karabakh

“Facebook” iki şəxsin ciddi münasibətə başlamasını 100 gün öncədən bilir

9 Mar, 2017
11:49
2651

“Facebook” iki şəxsin ciddi münasibətə başlamasını 100 gün öncədən bilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” statistikasına əsasən, iki istifadəçinin ciddi münasibətə başlamasını həmin münasibətin başlamasından öncə bilmək olur.

Oxu.Az xəbər verir ki, 2014-cü ildə “Facebook”un data mütəxəssisləri bu mövzu ilə əlaqədar öz müşahidələrini aparıblar.

“Facebook” mütəxəssisi Karlos Diuk bu barədə daha dəqiq statistikanı təqdim edib:

“Ciddi münasibətlərin başlamasından öncəki ilk 100 gün ərzində yavaş olsa da, iki şəxsin bir-biri ilə müxtəlif paylaşımları bölüşmək tempi getdikcə artır. 

İlk ciddi münasibət başlayanda, sosial şəbəkədəki paylaşımların sayı azalır. Belə ki, münasibətin başlamasına 12 gün qalmış gün ərzində edilən paylaşımların sayı 1,67-ə düşür. 

Ciddi münasibətin başlamasından 85 gün sonra isə bu göstərici 1,53 civarında olur. Çox güman ki, həmin vaxtda ciddi münasibət yaşayan iki şəxs daha çox bir yerdə zaman keçirtməyi üstün tuturlar. 

Beləliklə, real həyatda olan münasibət, sosial şəbəkədə olan münasibəti sıxışdırıb çıxardır”, - deyə K.Diuk bildirib. 

Bütün bu məlumatlar aşağıda təqdim olunmuş qrafikdə göstərilib:

“Facebook” statistikasından ciddi münasibətlər haqqında digər məlumatları da öyrənmək olar. Məsələn, həmin ciddi münasibətlərin neçə müddət davam etdiyi və ya onların yaş və iki şəxsin dini inancları ilə necə əlaqəli olduqları haqqında məlumatları öyrənmək mümkündür. 

Bu müşahidə maraqlıdır. Belə ki, bizim hər birimiz sosial şəbəkədə yaranmış ciddi münasibətin şahidi olmuşuq.

Diukun sözlərinə əsasən, ciddi münasibətlər zamanı sosial şəbəkədə olan paylaşımların azalmasına baxmayaraq, onlardan hər biri daha xoş əhval-ruhiyyəli olur. Aşağıda təqdim olunmuş qrafikdə isə bu müddət ərzində baş verən bütün dəyişiklikləri görmək olar.

Təbii ki, paylaşımların emosional göstəricilərinin müşahidəsini dəqiq elmi araşdırma adlandırmaq olmaz. Hər halda robotlar, paylaşımda olan sarkazmı hiss edə bilməzlər. Bununla belə, təqdim olunmuş statistika böyük marağa səbəb olub. 

Analitiklərdən ibarət komanda, əldə olunmuş nəticələrin yaxşılaşdırılması üçün müəyyən üsullardan istifadə edib. 

Məsələn, statistikaya fake münasibətlərin düşməməsi üçün mütəxəssislər 2010-cu ilin aprel ayından 2013-cü ilin oktyabr ayına kimi öz münasibətlərinin ildönümlərini xəbər vermiş şəxsləri incələyiblər. 

Yəni, statistikaya sosial şəbəkənin münasibətlər bölməsində yalnız dəyişiklik etmiş şəxslər nəzərə alınmayıb. 

Qeyd edək ki, paylaşımların emosional vəziyyətlərinin incələnməsi üçün isə yalnız ingilis dilində olan paylaşımlar nəzərə alınıb.

Mənbə: Technote.az

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri