10 
Mar
2017
14:30
68
158
29477
Virtual karabakh

“WhatsApp” statusları ilə bağlı dəyişiklik etdi – FOTO

10 Mar, 2017
14:30
29477

“WhatsApp” statusları ilə bağlı dəyişiklik etdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“WhatsApp” Status funksiyası ilə bəzi istifadəçi kütləsindən mənfi reaksiya alan şəbəkə “Android” versiyası üçün bir yenilənmə daha edib. 

Oxu.Az Technote.az-a istinadən xəbər verir ki, “WhatsApp” “Android” versiyası üçün paylaşılan yenilənmədə gözəçarpan ilk dəyişiklik söhbət ekranında olub.

Əvvəlki versiyada əlavə göndərməyinizə şərait yaradan funksiyanın işarəsi söhbət pəncərəsinin üst hissəsində idi. 

Ancaq bu yenilənmə ilə həmin işarə yazı yazdığımız sahəyə köçürülüb. Beləliklə, yazışma içinə əlavələr etmək çox daha asan bir hala gəldi.

Digər dəyişiklik isə “WhatsApp” Status funksiyası ilə silinən yazılı statuslar bu yenilənmə ilə geri gəldi. 

Artıq kontakt siyahınızın alt hissəsində əvvəllər olduğu kimi bir status yazıla biləcək ancaq bu status hissəsinin adı “haqqımda” olaraq dəyişdirildi.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri