10 
Mar
2017
16:39
222
15
6952
Virtual karabakh

Osman Gündüzdən Siyavuş Novruzova cavab

10 Mar, 2017
16:39
6952

Osman Gündüzdən Siyavuş Novruzova cavab

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək fikiri ilə razılaşmıram”.

Oxu.Az xəbər verir ki, bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

O, bu kimi təkliflərin səslənməsinə təəssüf etdiyini bildirib:

“Ölkə başçısı qeyd edib ki, internet azaddır. Düşünmürəm ki, indi bu kimi məhdudiyyətlərə ehtiyac var. Cəmiyyətin bütün nümayəndələri artıq internet həyatına inteqrasiya edib. 
İnternet bizim həyatımızın ayrılmaz bir həssəsidir. Təhsil, səhiyyə, dövlət ordadır.

Cəmiyyətin bütün sahələri ordadırsa, düşünmürəm ki, hansısa giriş-çıxış üçün qaydaların müəyyən edilməsi, yaxud hansısa məhdudlaşdırıcı addımların atılması düzgün olmaz”.

Osman Gündüz hesab edir ki, dövlətin, cəmiyyətin təhlükəsizliyi ilə bağlı problemlər var:

“Düşünmürəm ki, ölkə rəhbərliyi, yaxud da ayrı-ayrı siyasi xadimlərin fikiri belədir. Bununla bağlı bizdə yetərincə qanunlar var ki, bu məsələ tənzimləsin. Bu sahəyə cavabdeh olan qurumların özlərinin potensialı gücləndirilməlidir və peşəkarlığı artırılmalıdır”.

O.Gündüz sosial medianın rəhbərliyi ilə görüşməyin vacib olduğunu vurğulayıb:

“Facebook”, “Instagram”, “Twitter” və “Google” şirkətlərinin rəhbərlərini Azərbaycana dəvət etmək lazımdır. Onlarla əlaqələri genişləndirmək daha düzgün olar, nəinki məhdudiyyət qoymaq”.

Qeyd edək ki, Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün parlamentin iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında sosial şəbəkələrə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsinin zəruri olduğunu deyib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri