13 
Mar
2017
14:30
237
21
3777
Virtual karabakh

“Azercell”in xalis mənfəəti təxminən 3 dəfə azalıb – FOTO

13 Mar, 2017
14:30
3777

“Azercell”in xalis mənfəəti təxminən 3 dəfə azalıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azercell Telekom” MMC 2016-cı ili 81 milyon 425 min manat xalis mənfəət ilə başa vurub. 

Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, 2015-ci il ilə müqayisədə Azərbaycanın ən böyük mobil operatorunun xalis mənfəəti təxminən 3 dəfə azalıb. “Azercell” 2015-ci ildə 254 milyon 112 min manat xalis mənfəət əldə etmişdi.

“Azercell” 2015-ci ildə devalvasiya ilə əlaqədar olaraq böyük məbləğdə mənfəət əldə etmişdi (Pul vəsaitləri və onların ekvivalentləri üzrə xarici valyuta mübadiləsindən gəlir).

Şirkət ötən il 134 milyon 726 min manat mənfəət vergisi ödəyib. 2015-ci ildə isə bu rəqəm 318 milyon 746 min manat olub.

2015-ci illə müqayisədə ötən il “Azercell”in cəmi gəlirləri 410 milyon 859 min manatdan 392 milyon 880 min manata geriləyib (4,4% azalıb). Cəmi xərcləri isə 250 milyon 139 min manatdan 304 milyon 387 min manata yüksəlib.

31 dekabr 2016-cı il tarixinə “Azercell”in cəmi aktivləri 921 milyon 619 min manat (2015-də 724 milyon 590 min manat idi), öhdəlikləri 73 milyon 524 min manat (2015-də 83 milyon 242 min manat idi), cəmi kapitalı isə 848 milyon 95 min manat təşkil edib. Cəmi kapitalın 806 milyon 15 min manatını bölüşdürülməmiş mənfəət təşkil edib. 


 
U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri