13 
Mar
2017
15:47
163
28
2126
Virtual karabakh

Hava Limanında “ASAN Wi-Fi” istifadəyə verildi

13 Mar, 2017
15:47
2126

Hava Limanında “ASAN Wi-Fi” istifadəyə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə ərazisində, xüsusilə, ictimai yerlərdə əhalinin ödənişsiz olaraq internetə çıxış imkanlarının təmin edilməsi məqsədi ilə yaradılmış “ASAN Wi-Fi” sistemi artıq hər gün 10 minlərlə insana xidmət göstərən Heydər Əliyev Beynəlxalq Hava Limanında istifadəyə verilib.

Oxu.Az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu günə qədər 200 minə yaxın istifadəçinin yararlandığı “ASAN Wi-Fi” sistemi istifadəçilərə sürətli və pulsuz internetdən istifadə imkanları yaratmaqla bərabər, onları dövlət və sosial layihələr haqqında məlumatlandırmağa xidmət edir.

Bununla yanaşı, müxtəlif şirkətlər reklam məqsədli tanıtım materiallarını bu sistem vasitəsilə istifadəçilərə daha rahat çatdıra bilərlər.

Qeyd edək ki, 2016-cı ilin oktyabr ayından etibarən “ASAN Wi-Fi” sistemi pilot layihə olaraq 1 və 3 saylı “ASAN xidmət” mərkəzində fəaliyyətə başlayıb. Tezliklə digər “ASAN xidmət” mərkəzlərində və müxtəlif ictimai obyektlərdə də sistemin quraşdırılması nəzərdə tutulur. Bu isə öz növbəsində daha geniş əhali kütləsinin ödənişsiz olaraq sistemin təqdim etdiyi xidmətlərdən istifadə etməsinə imkan yaradacaq.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri