17 
Mar
2017
18:13
45
92
3665
Virtual karabakh

“Facebook”, “Google”, “Twitter”ə xəbərdarlıq edildi

17 Mar, 2017
18:13
3665

“Facebook”, “Google”, “Twitter”ə xəbərdarlıq edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqı ABŞ-ın “Facebook”, “Google” və “Twitter” şirkətlərini istehlakçı hüquqlarını pozmaqda ittiham edib və onlara öz xidmətlərini Avropa qanunvericiliyinə uyğun qurmaq üçün 1 ay vaxt verib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hələ ötən ilin dekabrında Aİ adları çəkilən şirkətləri xəbərdar edib ki, onların bəzi şərtləri istehlakçıların hüquqlarının müdafiəsi haqda qanunvericiliyə ziddir. 

Məsələn, təşkilatların reqlamentinə əsasən, Aİ ölkələrinin vətəndaşları bu qurumları məhkəməyə vermək istəsə, Avropa məhkəmələrinə yox, ABŞ məhkəmələrinə müraciət etməlidir.

Bundan başqa, “Facebook”, “Google” və “Twitter” fırıldaqçılıq və maxinasiyalarla kifayət qədər mübarizə aparmamaqda ittiham olunur.

Şirkətlərin təmsilçiləri problemlərin həlli üçün öz təkliflərini təqdim ediblər.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri