31 
Mar
2017
14:00
348
13
17040
Virtual karabakh

Tanınmış hüquqşünasdan “Azercell”in ünvanına sərt ittihamlar – FOTO

31 Mar, 2017
14:00
17040

Tanınmış hüquqşünasdan “Azercell”in ünvanına sərt ittihamlar – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mobil operatorların abunəçilərini aldatdığı dəfələrlə müzakirə mövzusu olub. Şirkətlərin müştərilərinə necə fırıldaq gəlməsi ilə bağlı şikayətlər, istifadəçilərin saysız-hesabsız narazılıqları artıq məhkəmə müstəvisinə keçib.

Oxu.Az Ölkə.Az-a istinadən xəbər verir ki, tanınmış hüquqşünas Aslan İsmayılov Azərbaycanda ən böyük mobil operator olan “Azercell”i bu fırıldaqlıqlarla bağlı məhkəməyə verib və prosesi udub.

Hüquqşünas “Facebook” hesabında yazıb ki, aylardır uzanan məhkəmə çəkişməsi bu yaxınlarda sona çatıb və nəticədə “Azercell”in milyonluq fırıldağını ifşa etməyə müvəffəq olub: 

“Yadınızdadırsa, bir vaxtlar telefonlarımıza ardı kəsilməyən SMS-lər gəlirdi. Açıb baxdıqda isə hansısa mobil xidmətinə abunə olmağımız bildirilirdi. Bu yolla minlərlə abunəçidən xəbərləri olmadan hər ay 5-10, bəzən isə 20 manat pul tuturdular. Araşdırdıqda bu yolla “Azercell” MMC-nin vətəndaşlardan milyonlar oğurladığını müəyyən etdim. Bu dələduzluq faktı ilə bağlı prokurorluğa müraciət etsəm də, heç bir araşdırma aparılmadı. Sonra bununla bağlı məhkəməyə müraciət etdim. Bu müddət ərzində 1 saylı İqtisad, Apellyasiya və Ali məhkəmələr iddiamı qismən də olsa təmin etdi.

Məhkəmələr “Azercell” MMC-nin mobil telefon nömrəmin müxtəlif xidmətlərə qoşmaqla əsassız pul tutulmasını, müxtəlif telefon nömrələrindən reklam xarakterli SMS-lərin telefon nömrəmə göndərilməsini qanunsuz hesab etdi və gələcəkdə bu kimi hərəkətlərin edilməsini qadağan etdi”.

Hüquqşünas Ali Məhkəmənin son qərarının surətini də paylaşıb:

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri