17 
Apr
2017
14:18
35
218
19595
Virtual karabakh

“Azercell”də problemlər yaşanır – FOTO

17 Apr, 2017
14:18
19595

“Azercell”də problemlər yaşanır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün saat 13:00-dan etibarən “Azercell” abunəçiləri mobil şəbəkəyə qoşulmaqda problemlə üzləşiblər. 

Oxu.Az xəbər verir ki, bu hal sosial şəbəkələrdə şirkətin müştərilərinin narazılığına səbəb olub. 

Sosial şəbəkədə şirkət narazı müştərilərə belə bir açıqlama verib:

“Azercell Telekom” MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar bəzi xidmətlərin istifadəsində və əməliyyatların həyata keçirilməsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

Təkmlilləşdirmə işləri yekunlaşdıqdan sonra bu istiqamətdə tam normal əsaslarla fəaliyyət göstərilməsi imkanı təmin ediləcəkdir”.

“Delta Telecom” şirkətindən isə Oxu.Az-a bildirilib ki, “Azercell”də yaşanan problemlərin bizimlə əlaqəsi yoxdur:

“Bu onların daxili işləridir”, - deyə şirkətin açıqlamasında qeyd edilib. 

“Azercell” MMC məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib:

“17.04.2017-ci il tarixində, saat 12:00-14:15 radələrində “Azercell Telekom” MMC-nin telekommunikasiya şəbəkəsindən istifadə edən bəzi nömrələrdə internet xidmətinin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkün idi. 

Yaranmış halın aradan qaldırılması üçün təcili tədbirlər görülmüş və qısa müddət ərzində bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi imkanı təmin edilmişdir”. 

 

U.A.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri