20 
Apr
2017
11:16
6
38
1128
yuxarı
“Facebook”da materiallardan şikayət proseduru sadələşdirilir
20 Apr, 2017
11:16
1128
6
38
“Facebook”da materiallardan şikayət proseduru sadələşdirilir
“Facebook” şirkəti eyniadlı sosial şəbəkədə yerləşdirilən materiallar və nəşrlərdən şikayət prosedurunu sadələşdirmək niyyətindədir.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin qlobal əməliyyatlar üzrə vitse-prezidenti Castin Osofski bəyanat yayıb.
Onun sözlərinə görə, buna səbəb ABŞ-ın Klivlend şəhərində sevgilisi ilə dalaşan 37 yaşlı Stefen Stevensin 74 yaşlı kişini “Facebook”un canlı yayımında qətlə yetirməsidir. Bu hadisədən sonra “Facebook” rəhbərliyi standartlardan kənar video və materiallardan şikayət etmək imkanını sadələşdirməyi qərara alıb. Hazırda şirkətin mütəxəssisləri bu istiqamətdə çalışırlar.
N.O.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək