May
2017
11:42
36
150
9035
Virtual karabakh

“WhatsApp”ın fəaliyyətində problemlər yaranıb – YENİLƏNİB

4 May, 2017
11:42
9035

“WhatsApp”ın fəaliyyətində problemlər yaranıb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bütün dünyada populyar “WhatsApp” messencerinin fəaliyyəti yaranmış nasazlıqdan sonra tam bərpa edilib.

Oxu.Az-ın məlumatına görə, Lent.azvistanews.ru” saytına istinadən xəbər verir ki, xidmətdə yaranmış texniki problemlər iki saat müddətində davam edib və Rusiya, ABŞ, Avropa, Hindistan, Braziliya, Meksika və Cənubi Afrika Respublikasından olan istifadəçilərə toxunub.

“WhatsApp” rəhbərliyi texniki problemin həlli barədə qərar qəbul edib və populyar messencerin istifadəçilərindən üzrxahlıq edib. 

Şirkətin hesablamalarına görə, hazırda messencerin gündəlik olaraq təxminən 1 milyard istifadəçisi mövcuddur. 

Məlumatda xidmətin müvəqqəti söndürülməsindən söhbət gedib.

Xatırladaq ki, “WhatsApp” messenceri ABŞ-ın “Facebook” şirkətinə məxsusdur.

09:21

“WhatsApp” messencerinin Azərbaycan və dünyanın bir sıra ölkələrindəki istifadəçiləri problemlə üzləşiblər.

Oxu.Az Report-a istinadən xəbər verir ki, buna səbəb “WhatsApp”ın fəaliyyətində nasazlığın yaranması olub.

Nəticədə istifadəçilər onun xidmətlərindən yararlana bilməyiblər. Bu, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər sosial şəbəkələrdə messencer fəaliyyətindən yararlana bilməmələrindən şikayət ediblər.

Nasazlıq bir neçə saat sonra aradan qaldırılıb. Lakin onun səbəbləri barəsində (yalnız messencerin rus bölməsi üzrxahlıqla kifayətlənib) hər hansı məlumat verilməyib.

Smartfonlar üçün nəzərdə tutulan “WhatsApp” istifadəçilər üçün fotoşəkillər, mətn, audio və videomesajlar, görüntülərin mübadiləsinə xidmət edir. Messencer 2009-ci ildə yaradılıb, 2014-ci ildə “Facebook” onu 21,8 milyard dollara alıb.

U.A.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri