May
2017
10:02
105
13
3069
Virtual karabakh

“Azercell”in səhmdarı “Turkcell”dən də getdi

4 May, 2017
10:02
3069

“Azercell”in səhmdarı “Turkcell”dən də getdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Turkcell” səhmdarlarından “Telia Sonera” mayın 3-də investorlara 150 milyon səhm satışı həyata keçirib.

Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, “Telia Sonera”dan edilən açıqlamada satışın Skandinaviya və Baltik ölkələrindəki əməliyyatlara fokuslanma strategiyasının bir hissəsi olduğu ifadə edilib.

Satılan 150 milyon səhminin qiyməti də təxminən 520 milyon dollardır. Satışla yanaşı, Skandinaviya telekommunikasiya şirkətinin “Turkcell”də birbaşa payı 14,2%-dən 7,2%-ə geriləyir. “Telia Sonera”nın Turkcell-də dolayı olaraq da 24% payı var.

Qeyd edək ki, “Turkcell” Azərbaycanda fəaliyyət göstərən “Azercell Telekom” şirkətinin dolayı səhmdarlarından biridir.

“Turkcell” də “Telia Sonera” ilə birlikdə Fintur əməliyyatlarından çıxacaqlarını bildirmişdilər.
“Turkcell”in Azərbaycan, Qazaxıstan, Gürcüstan və Moldovadakı fəaliyyətini təmin edən “Fintur”da 41,45% payı var. Qalan 58,55% səhm isə “Telia Sonera”ya aiddir. “Telia Sonera” da “Fintur”dakı payını satacağını elan edib.

“Azercell” şirkətinin səhmdarı Türkiyənin “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” şirkətidir (100%). Bu şirkət Türkiyənin “Cenay” şirkətlər qrupuna daxildir.

Sayt yazır ki, “Azertel”in nizamnamə kapitalının 51,3%-i “Fintur Holdings B.V”yə, 42,2%-i “Cenay İletisim”ə və 6,5%-i Maltanın “FA Invest” şirkətinə aiddir. Sayt qeyd edir ki, “Fintur”un dolayı yolla “Azercell”də 51,3% payı var.

U.A.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri