May
2017
12:25
14
78
2281
Virtual karabakh

“Facebook” istifadəçilərinin sayı açıqlandı

4 May, 2017
12:25
2281

“Facebook” istifadəçilərinin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” istifadəçilərinin sayı 1,94 milyarda çatıb, 1,28 milyarda yaxın adam hər gün bu sosial şəbəkədə ünsiyyət qurur. 

Oxu.Az Life-a istinadən xəbər verir ki, müvafiq məlumat 2017-ci ilin birinci rübündə şirkətin əldə etdiyi gəlirlərə dair hesabatda dərc edilib.    

Məlumata görə, bu rəqəm keçən ilki göstəricilərdən 18 faiz artıqdır.  

“2017-ci ildə çox gözəl başlanğıc oldu. Biz güclü dünya icmasını dəstəkləyən alətlərin üzərində işi davam etdiririk”, - bunu “Facebook“” şirkətinin rəhbəri Mark Zukerberq bəyan edib. 

Həmçinin hesabatdan bir istifadəçinin 2016-cı ilin birinci rübündə gətirdiyi gəlirin 3,32 dollardan 4,23 dollara qədər artdığı məlum olur. 

KİV-in məlumatına görə, bu gün yer kürəsi əhalisinin təxminən 27 faizi “Facebook”dan istifadə edir. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri