10 
May
2017
16:38
20
76
7410
Virtual karabakh

Smartfonlar hansı əşyaları “öldürdü”? – SİYAHI

10 May, 2017
16:38
7410

Smartfonlar hansı əşyaları “öldürdü”? – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əvvəlcə digər cihazlara ehtiyacları azaldan mobil telefon yaradıldı. İndi isə populyarlığın zirvəsində smartfondur ki, o da bundan əvvəl əvəzolunmaz sayıla biləcək onlarla müxtəlif cihazları, sözün əsl mənasında, “öldürüb”.

Oxu.Az-ın məlumatına görə, Lent.az  Vladtime.ru saytına istinadən xəbər verir ki, mütəxəssislər iddia edirlər ki, smartfonlar kalkulyatoru lazımsız əşyaya çevirib. 

Çünki smartfondakı pulsuz əlavədən istifadə etməklə eyni nəticəni əldə etmək mümkündür. 
Portativ MP3 pleyerlər bir zamanlar sənayenin inkişaf etməkdə olan sektorundan biri idi. Smartfonlar daha böyük variantlar təklif edir və istifadəçi minlərlə musiqini telefonun yaddaş kartına ata bilər. 

Audio sistemlər kaset musiqilərini əvəz edib, sonradan isə smartfonlar yaradılıb. Onlara görə, kaset və ya CD pleyerini almaq ideyasının özü belə olduqca səfeh görünür. 

Əvvəllər mətbəxlə bağlı kitabları hər bir rəfdə tapmaq mümkün idi. İndi isə onlar ancaq kitab rəflərini bəzəmək üçün yarayır, yalnız hədiyyə və ya əntiq əşya kimi hədiyyə edilir. Bu gün müvafiq əlavələr tam olaraq aşpazlar üçün nəzərdə tutulan kitabları tam əvəz edə bilib. 

Bir qədər əvvəl fotokamera üçün çexol, ştativ, boyun kəmərləri və obyektivlər üçün orijinal qapaqlar almaq lazım idi. İndi isə bir tək smartfonun köməyi ilə heç də keyfiyyətsiz olmayan şəkillər çəkmək mümkündür.

Universal distant idarəetmə pultları itən pult problemlərini həll edib. Hazırda bu proses də həllini tapıb və bir əlavəni yükləməklə pult kimi istifadə etmək mümkündür.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri