11 
May
2017
10:00
94
23
6872
Virtual karabakh

“Samsung Galaxy S8” və “S8+” – İnanılmaz dərəcədə təhlükəsiz

11 May, 2017
10:00
6872

“Samsung Galaxy S8” və “S8+” – İnanılmaz dərəcədə təhlükəsiz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yəqin ki, “casus” filmlərində belə bir səhnəni çoxları görüb, mühafizə olunan sistemə giriş ancaq göz rəsminin bazada tapılması ilə mümkün olur. 

Yeni “Samsung Galaxy S8” və “S8+” ilə bu artıq realdır. Koreya istehsalçısının yeni flaqmanları 8 MP ön kameranın yanında yerləşən göz skaneri ilə təchiz olunub. 

Gözümüzün qüzehli qişasının özünə məxsus təkraredilməz rəsmi vardır. Bu rəsm, insanda 18 aya qədər formalaşır və bizimlə ömrün axırına qədər dəyişilməz olaraq qalır.

Əlavə olaraq, qeyd etmək lazımdır ki, qüzehli qişa hətta əkizlərdə belə fərqlənir. Barmaq izlərini biz toxunduğumuz hər səthin üzərində qoyuruq, bu o deməkdir ki, barmaq izini təkrarlamaq asandır, amma gözün qüzehli qişasını xeyir. 

Bununla bərabər, yaş və ya çirklənmiş barmaqları tanımaqda cihazlar da çətinlik çəkir. Amma gözün qüzehli qişasını saxtalaşdırmaq mümkün olmadığından və gözlərin içəridən çirklə batma ehtimalı olmadığından, cihaz sahibinə bütün hallarda audentifikasiyadan istifadə etmək daha asandır və təhlükəsizdir. 

Bu skaner smartfonunuzda “bloku” açmağa, “Samsung” hesabının doğrulamağa, veb-saytlara və əlavələrə giriş etməyə imkan yaradır.

Lakin skaner təkcə gözünün rəsmini çəkmir, o “bir göz qırpımında” bir neçə yoxlama aparır. Təcrübədə hər şey istiqamətləndirilmiş yaxın spektrli infraqırmızı şüalar ilə başlayır.

Gün işığından fərqli olaraq, kameranın infraqırmızı şüa ilə işıqlanmış qüzehli qişanın rəsmini daha asan seçməsindən, audentifikasiyaya bu növ işiqlanma daha uyğundur. 

Bundan əlavə, bu növ skaner qaranlıqda da işləyə bilir. Göz skanerindən hətta şəffaf eynək və linzalardan istifadə edənlərdə yararlan bilərlər. Qüzehli qişanın rəsmi qeydə alınandan sonra, xüsusi alqoritm bu rəsmi koda çevirərək mövcud baza ilə müqayisə edir. 

Növbəti skaner üz skaneridir. Ümumi hesabla “Galaxy S8 və S8+ üç biometrik skaner ilə təchiz olunub.Üzdən tanıma funksiyasında smartfonun ön kamerası iştirak edir.  

“Samsung”un rəsmilərinin sözlərinə görə, istifadəçinin üzü ön kameradan uzaq məsafədə olsa belə, bu skaner smartfonu dərhal açmağa imkan verir (0.1 saniyəyə).  

İstifadə qaydası da çox asandır, sadəcə telefonu üzünüzə selfi çəkirmiş kimi yaxınlaşdırın və ön kamera sizi dərhal “tanıyacaq”.

Skaneri şəkillə və hətta “əkizlə də” aldatmaq mümkün deyil, smartfon sahibini hətta papaqda və ya digər baş örtüyündə də tanıya bilir. 

Üz skaneri smartfonun kilidini açmaq üçün istifadə olunur və PİN-kodu, parolu və ya qrafik kodu əvəz edir.

Mühafizənin son həddi – bizə tanış olan barmaq izi skaneridir. Barmaq izi skaneri arxaya, 12 MP-lik əsas kamera ilə bir səthə köçürülüb. 

Barmaq izi skaneri üçün bu əla yerləşmədir, çünki indi smartfonu kiliddən çıxarmaq üçün əlinizə götürmək kifayətdir.

Keçmiş versiyadan 10% güclü olan Samsung Exynos 8895 prosessoru4 GB RAM sayəsində smartfonlar, donmadan “kilid açmanın öhdəsindən əla gəlirlər.

64 GB-lıq daxili yaddaşla sevdiyiniz musiqiyə qulaq asın, film yükləyin, bütün şəraitlərdə çəkilişə davam edin (hətta günün qaranlıq vaxtı və avtomobil gəzintisində olsanız belə), çünki “Samsung Galaxy S8” və “S8+” ilə Sizin imkanlarınız “sərhədsizdir”.

 Flaqmanların xüsusiyyət və funksiyalarının tam siyahısı ilə elə bu gündən “Baku Electronics”, “İrshad Telecom”, “İntegral”, “Kontakt Home” və “Soliton” mağazalar şəbəkəsində yaxından tanış olmaq olar.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri