11 
May
2017
12:13
2
72
2953
Virtual karabakh

Katel işlədənlərə borc yazılmasına dair rəsmi münasibət

11 May, 2017
12:13
2953

Katel işlədənlərə borc yazılmasına dair rəsmi münasibət

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abunəçilər iddia edir ki, onların xəbərləri olmadan simsiz daşına bilən (katel) nömrələr üzrə borclar yaranır.

Yəni, abonentin kateldən bir ay istifadə etməməsinə baxmayaraq nömrə ikitərəfli bağlanır, ancaq aylar üzrə abunə haqqı yığılıb və indi həmin məbləğ tələb edilir. 

Çoxsaylı abunəçilər isə istifadə etmədiyi halda borcun tələb edilməsindən narazıdır.

Oxu.Az bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mövqeyini öyrənib:

“Artıq bir müddətdir Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (“Baktelekom”) və “Aztelekom” MMC tərəfindən sabit (stasionar) telefon xidməti üçün “öncədən ödəmə” sisteminin tətbiqinə başlanılıb. Bu barədə ictimaiyyət məlumatlandırılıb. 

“Öncədən ödəmə” sisteminin tətbiqində məqsəd göstərilən xidmətlərə görə sonradan ödəniş edən abunəçilərin debitor borcunun yaranmasının qarşısını almaq, müvafiq qaydada öncədən ödənilən məbləğə uyğun xidmətin verilməsini təmin etməkdir. 

Telefon istifadəçiləri hər ayın 5-dək xidmət haqqını ödəməlidirlər. CDMA - simsiz telefon rabitəsinə görə də “öncədən ödəmə” sistemi tətbiq olunur. 

“Öncədən ödəmə” sisteminin qaydalarına əsasən, borc ödənmədiyi halda, ayın sonuna qədər xidmət birtərəfli qaydada bağlanır. Abunəçi növbəti bir ay ərzində yaranmış borcu ödədiyi halda, xidməti aktivləşdirə bilər. 

Borcun ödənmədiyi 2-ci aydan etibarən isə xidmət ikitərəfli formada dayandırılır. Bundan sonra daha 1 ay telefon nömrəsi şəbəkədə saxlanılır. Yəni, 3 ay xidmət haqqı ödəməyən abunəçi xidmətdən istifadə etməsə belə, nömrəni istismar etdiyinə görə xidmət haqqını ödəməlidir. Daha sonra arzu etdiyi halda, nömrədən imtina edə və xidməti dayandıra bilər.

Bu baş vermədikdə CDMA nömrəsi şəbəkədən ayrılır. Telefon nömrəsinin şəbəkədən ayrılmasından sonra iki ay ərzində abunəçi yaranmış borcunu ödəməklə, xidməti bərpa etdirə bilər. Əks halda, onunla bağlanmış müqaviləyə xitam verilmiş sayılır”, - deyə nazirliyin mətbuat xidmətindən bildirilib. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri