11 
May
2017
15:31
123
23
4492
Virtual karabakh

“Apple” “iPhone 8”-in satışını təxirə sala bilər

11 May, 2017
15:31
4492

“Apple” “iPhone 8”-in satışını təxirə sala bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“iPhone”un yeni modelinin bu ilin sentyabrına planlaşdırılan satışa çıxarılması iki, ya üç ay gecikə bilər. 

Oxu.Az xəbər verir ki, bu barədə “Apple” şirkətindəki mənbəyinə istinadən “Fortuneсо” jurnalı məlumat yayıb.  

“KGI Securities” Beynəlxalq analitik şirkətinin nümayəndəsi Min-Çi Kuo iddia edir ki, yubanmanın səbəbi yeni ayfonlar üçün ekranların istehsalında meydana gələn problemlərdir. Bu səbəbdən model planlaşdırıldığı kimi, 2017-ci ilin sentyabrında deyil, dekabrında təqdim edilə bilər.  

Ümumilikdə cari ilin sonuna qədər “Apple” üç yeni smartfonunu: “iPhone 8” (təqdimatı yubanan smartfon), “iPhone 7s” və “iPhone 7s Plus”u təqdim etməyi planlaşdırır. 

Qeyd edək ki, “iPhone 8” satışa “iPhone X” və ya “iPhone Edition” kimi çıxarıla bilər. Onun əvvəlki ayfonlardan həm funksionallığı, həm də dizaynı ilə fərqlənəcəyi bildirilir. Yeni smartfonun qiyməti pərakəndə satış üçün 1000 dollardır. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri