17 
May
2017
15:48
10
114
2148
Virtual karabakh

Mobil operatorlar bu il nə qədər gəlir əldə edib?

2017-ci ilin yanvar-aprel ayları ərzində informasiya və rabitə müəssisələri tərəfindən göstərilən 530 mln. manatlıq xidmətlərin 71,7%-i əhali sektoruna aid olub.

Bu barədə Dövlət Statistika Komitəsindən Oxu.Az-a bildirilib. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-aprel aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 2,9% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 48,3%-i və ya 256,2 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

U.A.
www.oxu.az

Digər İKT xəbərləri