18 
May
2017
10:00
26
62
4095
Virtual karabakh

“Samsung Galaxy S8” və “S8+” – Həyatın hər anını yaddaşında həkk et!

18 May, 2017
10:00
4095

“Samsung Galaxy S8” və “S8+” – Həyatın hər anını yaddaşında həkk et!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər gün təmas etdiyimiz məlumatın çox hissəsi vizualdır: şəkillər, işarələr, hər zaman seyr etmək istədiyimiz - sevdiklərimizin gülüşləri. Buna görə də əla kamera sahibi olmaq hər birimizin arzusudur.

Amma çəkdiyimiz şəkil və videolar çox nadir halda istədiyimiz kimi alınır. Düşünün, ideal şəkili neçə kadr çəkməklə əldə edirsiniz? Tanış olun, həyatınızın hər anını yaddaşlarda həkk etmək üçün, yüksək texnoloji iki kamera ilə təchiz olunmuş yeni smatfonlar – “Samsung Galaxy S8” və “S8+”.

14 apreldə Bakıda baş tutmuş təqdimatdan sonra aydın oldu ki, bu smartfonlar “heyrətləndirmək” üçün yaradılıb. Zövqlü dizayn, cihazın ön hissəsinin 84% təşkil edən böyük, qövsvarı ekran, gücləndirilmiş içlik (keçmiş modellərdən 10% daha güclü olan “Samsung Exynos 8895”, həm də 20% akkumulyatordan daha qənaətli istifadə edir, smartofinun yaddaşı isə 4 QB RAM təşkil edir), üç səviyyədən ibarət mühafizə (qüzehli qişa (göz skaneri), üzdən tanıma və barmaq izi skaneri) və əlbəttə, iki ədəd təkmilləşdirilmiş fotokamera.

Əsas kamera hər pikselin ölçüsü 1,4 mkm olmaqla, 12 MP-lik matrisadan istifadə edir. Aperturalı obyektivi və f/1,7 diafraqması olan bu kamera, əlavə olaraq, hətta zəif işıq şəraitində sürətlə hərəkət edən obyektlərin şəkilini çəkmək üçün avtofukusu təmin edən “DualPixel” texnologiyası və optik stabilizasiya ilə də təchiz olunub. Texnologiyanın istifadə olunması kameranın pikselsensoruna faza fotodiodu yerləşdirilməsi deməkdir.

Qeyd edirik ki, adi kameralarda bu göstərici ümumi piksel sayından 5-10% təşkil edir. Beynimizin sağ və sol gözün görüntülərinin bir araya birləşdirməsi sayəsində diqqətimiz hər hansı bir obyektdə cəmlənir. Bu səbəbdən də biz, hətta yüksək sürətlə hərəkət edən obyektləri belə asanlıqla seçə bilirik.

“Dual Pixel teologiyası da, elə bu prinsip üzərində qurulub, təsvir hər fotodioddan toplanaraq ümumi bir şəkil halına gətirilir. “Maraq oyadan” yeniliklərdən biri də multi-kadrlı çəkiliş texnologiyasıdır.

Bu texnologiyanın köməyi ilə daha dəqiq və təhrifsiz görüntünün əldə olunması üçün kamera ard-arda bir sıra kadr çəkərək onları bir fotoşəkilə cəmləşdirir. İndi, hətta zəif işıqlandırılmada belə, əla şəkillər əldə etmək mümkün olacaq.

“Samsung”un verdiyi məlumata görə, multi-kadr şəkillərin işlənməsi çox surətli, demək olar ki, “bir göz qırpımında” baş verir. Bu texnologiya böyüdülmüş (yaxınlaşdırılmış) təsvirlərdə də işləyir. Onu da qeyd etmək lazımdır ki, İP68 standartına uyğun mühafizə sayəsində (smartfonlar suyun 1,5 metr dərinliyində 30 dəqiqə ərzində qala bilirlər) indi hətta yağış altında belə şəkil çəkmək mümkündür. 

“Galaxy S8” və “S8+” kameralarını asanlıqla, hətta bir əl ilə belə istifadə etmək olar – sadəcə ekrana toxunmaqla, kameraları dəyişmək (ön, arxa), fitr və effektləri tətbiq etmək mümkündür. Buna misal olaraq, barmağınızı sağ tərəfə sürüşdürərək çəkiliş rejiminə keçid ala, sol tərəfə sürüşdürərək isə filtrlər menyusuna daxil ola bilərsiniz. Aşağı və yuxarı “svayplar” isə ön və ya arxa kameranın görünüşünə keçid almaq üçün istifadə olunur. Kamera avtomatik və manual rejimdə işləyir.

Manual rejimdə avtoçəkilişin tənzimlənməsi (10 saniyəyə qədər), işiq həssaslığının dəyişdirilməsi (İSO 800 qədər), ağ rəng balansının təkmilləşdirilməsi və ekspokorreksiyadan istifadə kimi prosselərinin köklənməsi mümkündür. Həmçinin şəkilləri redaktə etmək, avto HDR-dən istifadə etmək və hazır şəkil üzərində fokus seçimini dəyişərək şəkilin dəqiqliyinin dərinliyini  tənzimləmək olar.

Selfi həyatımız ayrılmaz bir hissəsinə çevrilib. Buna görə əla selfi kamerası hər bir istifadəçinin əsas tələblərindən biridir. Belə ki, “Galaxy S8” və “S8+” ön kameranın icazəsini 5 MP-dən 8 MP-lə qədər artırmışdır. Kamera hətta gecə əla selfinin əldə olunması üçün aperturalı obyektiv ilə təchiz olunub.

Əlavə olaraq, kamerada “üzün tanınması” funksiyası ilə təchiz olunmuş intellektual avtofokusda mövcuddur. Təbii ki, burada da selfilərin redaktə rejimi vardır.

Hər iki kamera günümüzdə hər bir sosial şəbəkənin əsası olan filtr və stikerlərlə təchiz olunub. Mövcüd olan 16 fitrdən, 8-i  kosmetikdir. Həmçinin fotoşəkillərinizə əlavə edə biləcəyiniz 34 stiker və 50 möhür də nəzərdə tutulub.  Ən maraqlısı isə animasiyalı üz stikerləridir ki, bununla kamera üzünüzü “tanıyaraq” üzərinə mimik hərəkətləri təkrar edən əyləncəli stikerlər yerləşdirir (eynəklər, papaqlar və s.).

Kameranın işləmə mexanizminə “Bixby” virtual köməkçisi inteqrasiya olunmuşdur. Köməkçinin iş prinsipi süni intellektə, xüsusilə özü öyrənə bilən neyron şəbəkələrə əsaslanır. “Bixby”nin iş prosesini şərti olaraq 3 hissəyə bölmək olar:

1)  Tam funksionallıq: “Bixby”, demək olar ki, ənənəvi sensor interfeysinə məxsus olan bütün funksiya dəstini səslə idarə etməyə imkan yaradır.

2)  Dərk etmə qabiliyyəti. Tədricən “Bixby”, istifadəçinin vaxt sərfini minimallaşdırmaq üçün öz panelinə funksional vidcetlər əlavə edəcək. Buna misal olaraq, səhər vaxtlarında panelə hava haqqında məlumat, axşamlar isə “Zəngli saat” yerləşdiriləcək. 

3) Tanıma. Sizi maraqlandıran obyektlərin sadəcə fotosunu çəkirsiniz (çaxır, QR-kod, Qız Qalası və s.), Bixby isə onların harada yerləşdiyini müəyyən edir, oxşar təsvirlər tapır və bu məhsulu əldə edə biləcəyiniz mağazalar siyahısını sizə təqdim edir. “Bixby” sizə, həmçinin mətn tərcüməsində də köməklik göstərə bilər. Bu inanılmaz olsa da, lakin bunlar hamısı tək bir şəkil çəkməklə reallaşır!

Şübhəsiz ki, güclü və zərif “Galaxy S8” və “S8+” funksionallıq və keyfiyyətə qiymət verənlərin diqqətinə səbəb olacaq. Smartfonlar haqda əlavə məlumatı “BakuElectronics”, “İrshadTelecom”, “KontaktHome” və “Soliton” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri