18 
May
2017
13:25
114
11
3852
Virtual karabakh

Facebook 120 milyon dollar məbləğində cərimələndi

18 May, 2017
13:25
3852

Facebook 120 milyon dollar məbləğində cərimələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Komissiyası “Facebook” sosial şəbəkəsini 120 milyon dollar məbləğində cərimələyib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, buna səbəb şirkətin “WhatsApp” mesajlaşma xidmətini satın alan zaman yalan məlumat verməsi olub.

“Bugünkü qərar şirkətlərə onların doğru məlumat təmin etmək öhdəliyi də daxil olmaqla Aİ-nin birləşmə ilə bağlı bütün qaydalarına riayət etməli olduğuna aydın siqnaldır. Komissiya dəqiq faktları bilməklə rəqabəti nəzərə alaraq birləşmənin nəticələri haqqında qərar qəbul etməlidir”, - Aİ-nin rəqabət üzrə komissarı Marqret Vestagerin bəyanatında deyilir.

Xatırladaq ki, Aİ tənzimləyiciləri 2014-cü ilin sonunda sosial şəbəkələr sektorunda rəqabət üçün heç bir təhlükə görmədiyindən “WhatsApp”ın satın alınmasına icazə verib.

Avropa Komissiyasının bəyanatında qeyd edilib ki, “Facebook” alışla bağlı tənzimləyiciləri xəbərdar edən zaman iki servisin istifadəçilərinin hesablarını bir-birinə bağlayan etibarlı avtomatlaşdırılmış sistem olmadığını bildiribmiş. Amma 2016-cı ilin avqust ayında “WhatsApp” servisdən istifadə şərtləri və konfidensiallıq siyasətinin yenilənməsini elan edərkən ora “WhatsApp” istifadəçilərinin nömrələrinin “Facebook” hesabları ilə birləşdirmək imkanını da əlavə edib.

Keçən il istintaqa başlayan Komissiya şirkətin yalan məlumatlar təqdim etdiyini, "Facebook" hesabları ilə "WhatsApp" nömrələri arasında əlaqənin texniki cəhətdən hələ 2014-cü ildə mümükün olduğunu aşkar edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri